Sportal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı yazsa da, ancaq müqaviləni müddəti və şərtləri haqda məlumat verilməyib.
İspaniya mətbuatı isə argentinalı hücumçunun sözləşməsini 2018-ci ilə qədər uzatdığını yazıb. Yeni müqavilə ilə onun illik 20 milyon avro qazanacağı bildirilir. Beləliklə, Messi dünyanın ən çox qazanan futbolçu olacaq.