Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Zaqatala təmsilçisi yarımmüdafiəçi Samir Zərgərovla müqavilə imzalayıb. 27 yaşlı futbolçu mövsümün sonuna qədər Zaqatala təmsilçisinin uğurları üçün çalışacaq. Samir "Simurq"un heyətində "6" nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Samir Zərgərov karyerası ərzində "Standart", "Kəpəz" və "İnter" klublarının formasını geyinib. O, son üç mövsümü "bankirlər"in heyətində keçirdib.