"AFFA-dakılar düzgün işləmirlər, milləti axmaq yerinə qoyurlar, pul qazanmaqla məşğuldular"

16:05 - 24 May 2014

"Kənardan da bizə baxırlar, deyirlər, qoyundular bunlar"

 

Tanınmış müğənni Əli Mirəliyevin Sportal.az saytına müsahibəsi

 

Bilirik ki, futbolla maraqlanan adamsız. Futbolumuzun bu günkü durumu sizi qane edirmi?

Bu gün nəyimiz bizi qane eləyir ki, futbolumuz da qane etsin? Gör nə gündəyik ki, 11 nəfər azərbaycanlı balası tapa bilmirik normal futbol oynamağa. Braziliyalıları, zənciləri, meymunları töküb gətiriblər bura. Milyonlar xərcləyirlər, ortada isə nəticə yoxdur. Ona görə də, nifrət eləyirəm Azərbaycan futboluna. Millinin baş məşqçisi, o almanın adı nədir?

 

Berti Foqts.

Hə, onu deyirəm. Pulu alır qoyur cibinə, üstəlik söyür, axmaq yerinə qoyur bizi. Kənardan da bizə baxırlar, deyirlər, qoyundular bunlar. Özünə hörmət eləyən mütəxəssis bura gəlməz. Çünki burada futbol yoxdur. AFFA-ya deyən lazımdır ki, pulu niyə verirsən əcnəbilərə? Uduzmaq, uduzmaqdı da. 0:6 oldu, və ya 0:4. Nə fərqi var ki? Onsuz da uduzuruq da yenə. Ondansa yerli məşqçi uduza-uduza təcrübə toplayıb xeyir verər də. Belə görürəm ki, bizdə heç vaxt futbol olmayacaq.  

 

Deyirsiz ki, AFFA işini düzgün qura bilmir?

AFFA-dakılar düzgün işləmirlər, milləti axmaq yerinə qoyurlar, pul qazanmaqla məşğuldular. Almanlar bizə nə xeyir verəcək? Biz onlara xeyir veririk. Talan eləyirlər neftimizi də, sərvətimizi də. Özümüz pis gündə yaşayırıq, pulumuzu avropalılara verirlər. Guya dünyada bizi istəyirlər? Belə düzgündürlərsə, dəstəkləsinlər bizi, torpaqlarımızı geri qaytarsınlar da. Nə qədər ki, özümüzünkinə qiymət verməyəcəklərsə, həmişə bu gündə olacağıq. Xaricdən bir “cındır” gəlir oxumağa, qaldırıb qoyuruq onu dağ başına. Kimdi axı o? Bilnmir ki, arvaddı, yoxsa kişidi bu. O qədər səviyyəli muğam oxuyanımız var. Gör onlara qiymət verirlər? Xeyr, vermirlər.   

 

Şahin OĞUZ

Xəbər xətti