Pike "Barselona" ilə müqaviləsini yenilədi
“Barselona” rəhbərliyi komandanın aparıcı üzvlərindən biri Jerar Pike ilə müqaviləni yeniləyib. Sportal.az xəbər verir ki, İspaniya milli komandasının müdafiəçisi kataloniyalılarla müqavilə müddətini 2019-cu ilə qədər uzadıb. 39 oyunda forma geyən və rəqib qaoılarına 4 dəfə yol tapan Pike buna belə münasibət bildirib:
“Hər bir futbolçu arzulayar ki, dünyanın ən böyük klubu sayılan “Barselona”da oynasın. Belə bir fürsət də mənə nəsib oldu. Burada rahat oynadığım üçün özümü “Barselona”sız təssəvvür etmirəm. Ona görə də klub rəhbərinin təklif etdiyi yeni müqaviləni fikirləşmədən qəbul etdim. Ötən mövsüm istənilən nəticələri əldə edə bilmədik. La Liqanı ikinci pillədə başa vurduq, Çempionlar Liqasında isə mübarizəni yarımfinalda dayandırdıq. “Barselona” tərəfdarları komandanı zirvədə görməyə alışıblar. Geridə qalan mövsüm onların ümidlərini doğrulda bilmədik və nəticədə titulsuz qaldıq. Ona görə də baş məşqçi postunda dəyişikliyə də normal yanaşıram.
Luis Enrikenin gəlişi ilə “Barseolna”nın oyun sistemində irəliləyş olacaq. Çünki, Enrike “Barselona”da oynayıb və komandanı yaxından tanıyı. Onun neçə məşqçi olduğunu və komandada nə istədiyini futbolçular da yaxşı bilir. Gənc mütəxəssisin “Barselona”ya xeyir verəcəyinə və komandanın uğur qazanacağına inanıram”.
saytlarin hazirlanmasi