“Qalatasaray”ın futbolçusu Felipe Melo Türkiyə mətbuatına müsahibə verib.
Sportal.az həmin müsahibəni təqdim edir:
- Roberto Mançininin komandaya gəlişindən sonra yarımmüdafiə xəttinin dəyişilməz üzvü oldunuz..
- Komandada kimin baş məşqçi olduğunun elə də önəmi yoxdur. Əsas odur ki, futbolun nə olduğunu bilsin. Əgər futboldan başı çıxırsa, demək, məni oynatmaqla düzgün addım atır.
- Digər baş məşqçilərlə müqayisədə Mançini nə ilə fərqlənir?
- Mançini özünü İtaliya və İngiltərə futbolunda sübut etmiş bir məşqçidir. Əgər digərləri ilə müqayisə etməmi istəyirsinizsə, bunu edə bilmərəm. Çünki hər məşqçinin öz taktikası var və hər kəs komandanı fərqli şəkildə idarə edər.
- Bəs Fatih Terim?
- Formasını geyindiyim hər komandanın baş məşqçisinin mənim karyeramda təsiri var. Amma Fatih Tərim mənim üçün özəl birisidir. Çünki Türkiyədəki karyeramı onunla bərabər inşa etdik.
- “Fənərbaxça”lı Mehmet Topuz çempionluğu qeyd edərkən özü ilə bir it gətirdi. Bəlkə, o bu hərəkəti ilə sizə bir mesaj göndərdi?
- Bir futbolçu meydandakı futbolu ilə xatırlanmalıdır. Yaxşı bir futbolçu olduğuma inanıram və bunu öz oyunumla sübut edirəm. Meydandankənar şəxsimə qarşı edilən hərkətlərə diqqət yetirmək istəmirəm. Hələ ki, “Fənərbaxça”lı futbolçuların nə etdikləri məni heç maraqlandırmır. Onları öz hallarına buraxıram.
- İyun ayında keçiriləcək dünya çempionatına daha çox pul xərcləməsi Braziliya vətəndaşlarının qəzəbinə səbəb olub. Sənin münasibətin necədir?
- Braziliyada futbolun nə qədər vacib olduğu hamı tərəfindən bilinir. Ancaq səhiyyə və təhsil şərtləri bu qədər pis olduqda, insanlar küçədə ac yatarkən, bir stadionu yüksək səviyyədə pul ayrılması əhalini üsyan etməyə məcbur edir və onlar haqlıdırlar. Əhali bu yolla öz səslərini beynəlxalq medya qurumularına çatdırırlar.
- 3 ilə yaxındır ki, Türkiyədəsiniz amma hələ də türk dilini öyrənə bilməmisən?
- 30 yaşım var, heç ingilis dilində danışa bilmirəm. Həm də qəlbən eyni hissləri yaşamaq başqa dildə danışmaqdan daha vacibdir.
- Həyat yoldaşınızı hər oyunda tribunada görürük..
- 10 ildir ki, bir yerdəyik. Roberta ilə gənc yaşlarımda tanış olmuşdum və o vaxt çətin vəziyyətdə idim. Evləndikdən sonra hər şeyi birlikdə qazandıq.
- Sizi İstanbulda gecə klublarında görməməyimizin səbəbi nədir?
- Gecələr gəzməyə çıxmağı xoşlayıram, amma peşəkar futbolçu olduğumu da unutmuram. Bəzən 1 həftədə 3 oyun oynayırdıq. Ona görə gecələr əsas yuxuma fikir verirdim ki, məşqlərdə və oyunlarda yaxşı performans göstərim. Yay tətilini öz ölkəmdə keçirəcəm, o zaman məni gecə klublarında görə bilərsiniz. Türkiyədə boş vaxtlarımda daha çox ailəmlə birlikdə oluram və uşaqlarıma vaxt ayırıram.
- Oğlunuz David “Qalatasaray”ın aşağı yaş qruplarında oynayır. Onun futbol karyerası haqqında xəyallarınız nədir?
- Güclü futbolçu olmağını istəyirəm. Çox pul qazansın, mənə də versin. Nə də olmasa atasıyam. (gülür)