"Nou Kamp"da restoran açıldı

17:25 - 29 May 2014

Azarkeşlər və turistlər "Barselona" stadionunda yeyib-içirlər 
 
Yay fasiləsindən istifadə edən “Barselona” rəhbərliyi azarkeşlər və turistlərin əylənməsinə şərait yaradıb. 
 
Sportal.az xəbər verir ki,kataloniyalılıar  “Nou Kamp”da meydana yaxın olan bir hissədə restoran açıblar. “Nou Kamp Lanç” adlanan istirahət məkanında müştərilər müxtəlif çeşidli yeməklər və 5 növ pivə içkilərindən dada bilərlər. .
 
Bütün günü müştərilərin xidmətində olan restoran avqustun ortalarına qədər fəaliyyət göstərəcək. Sözsüz ki, Ispaniya La Liqası start götürəndən sonra restoran yeri yenidən azarkeşlərin öhdəsinə veriləcək.    
    

Xəbər xətti