"Yeni işdə əlimdən gələni edəcəyəm ki, komandaya kömək edim"
“Barselona”da karyerasını başa vuran Karles Puyol özünə yeni iş yeri tapıb.
Sportal.az xəbər verir ki, “Barselona” rəhbərliyi təcrübəli müdafiəçiyə klubda işləməyi təklif edib. Bundan sonra Puyol klubun idman direktoru Antoni Subisarretaya köməklik edəcək. Katoloniya təmsilçisinin əfsanəvi futbolçusu yeni işiylə bağlı bunları deyib
:
“Klub rəhbərliyinə təşəkkür edirəm ki, mənə belə bir imkan yaratdı. Yeni işdə əlimdən gələni edəcəyəm ki, komandaya kömək edim. Bu vaxta qədər klubun uğur qazanması üçün maksimum gücümü qoymuşam. Yeni vəzifəmdə də belə olacaq. İndi istirahətlə yanaşı zədəmin müalicəsiylə məşğulam. Ondan sonra yeni mövsümlə bağlı hazırlıqlara başlayacağıq”.
Antoni Subisarreta isə köməkçisinini işinin nədən ibarət olduğunu deyib:
“Puyol klubda işləyərək təcrübə toplaya bilər. Bizim məqsədimiz də onun klub strukturunu öyrətməkdir. Puyol həm menecement həm də klubla bağlı bəzi lahiyələrdə mənə kömək edəcək. Hələ bir neçə il öncə onunla bu barədə söhbətim olub. İnanıram ki, Karles Puyolun bu işdə “Barselona”ya böyük köməyi dəyəcək”.
saytlarin hazirlanmasi