"Barselona" alman futbolçu ilə razılığa gəldi

14:49 - 5 İyun 2014

Roys hər an Kataloniya təmsilçisinə keçə bilər
 
Dortmund "Borussiya"sının hücumçusu Marko Roys karyerasını "Barselona"da davam etdirməyə yaxındı.
 
Sportal.az xəbər verir ki, bu barədə Kataloniyanın "Sport" qəzeti xəbər yayıb.
 
Məlumatda bildirilir ki, La Liqa nəhəngi Almaniya millisinin üzvü ilə razılığa gəlib. Hazırda klublar arasında transferin dəyəri barədə danışıqlar gedir.
 
Roysun müqaviləsindəki sərbəst qalma maddəsində transfer qiyməti 35 milyon avro qeyd edilib.
 
Təcrübəli yarımmüdafiəçi geridə qalan mövsümdə Bundesliqada 30 oyun keçirib, 16 qol 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti