"Qarabağ" sabah Bakı hazırlığını tamamlayacaq

14:01 - 20 İyun 2014

Komanda təlim-məşq toplanışını davam etdirir
 
Son Azərbaycan çempionu "Qarabağ" yeni mövsüm üçün hazırlıqlarını davam etdirir.

Sportal.az xəbər verir ki,  Çempionlar Liqasının təsnifat mərhələsininin oyunlarına hazırlaşan Ağdam təmsilçisi günü tək çalışmayla keçirib. Komanda saat 11-də  Tofiq Bəhramov adına Respublika stadionunda yeganə məşqinə çıxıb. "Qarabağ"ın məşqi 90 dəqiqə davam edib. Müəyyən isinmə hərəkətlərinin ardından 2 qrupa bölünən komanda  2 tərəfli oyun keçirib.

Ağdam təmsilçisinin məşqində sadəcə Rəşad Sadıqov iştirak etməyib. Kapitanın müalicəsi hələ də davam etməkdədir.

Sabah komanda hazırlığın Bakı mərhələsini başa vuracaq. Səhər çalışmasından sonra otelə yığışacaq "Qarabağ" ertəsi gün təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq.

Xəbər xətti