Millimizin sabiq üzvü özünə yeni komanda tapdı

17:58 - 24 İyun 2014

Subaşiç yenidən Türkiyədə
 
Azərbaycan milli komandasının sabiq üzvü Branimir Subaşiçin yeni klubu müəyyənləşib. Ötən mövsümü “Orduspor”da keçirmiş hücumçu klubdan ayrılıb. Amma Banya karyerasını yenə Türkiyədə davam etdirəcək.


Sportal.az xəbər verir ki, hücumçu karyerasını Türkiyənin I Liqasında çıxış edən "Bucaspor"la müqavilə imzalayıb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 32 yaşlı forvard ötən mövsümü "Orduspor"da keçirib. "Bucaspor" rəhbərliyi onunla danışıqlar masası arxasına oturaraq, böyük ölçüdə razılığa gəlib. Azərbaycan vətəndaşlığı olduğundan, Subaşiç I Liqada legioner sayılmayacaq.

Xəbər xətti