Syomin daha bir futbolçunu yanına çağırdı
Yuri Syominin "Qəbələ"dən gedişindən sonra yeni komandası "Mordoviya"ya cəlb etdiyi ilk "Qəbələ"li İbrahima Niyase oldu. Futbolçunun 2 illik müqavilə imzaladığı barədə məlumat vermişdik.
Sportal.az xəbər verir ki, Syomin artıq daha bir sabiq "Qəbələ"li Lorenzo Ebesilyo Türkiyənin Kartepe bölgəsində təlim - məşq toplanışında olan "Mordoviya"nın düşərgəsinə dəvət edib. Onunlu birlikdə Mordoviyanın Xarkov "Metallist"indən transfer etdiyi Andrey Boqdanov da artıq düşərgədədir.
saytlarin hazirlanmasi