"Bütün komandaları dəstəkləməyə hazırıq"
Daim ölkəmizi avrokuboklarda təmsil edən komandalarımızın yanında olan "Sector 11" azad azarkeş qrupu iyulunun 3-də "Şiroki Briyeq"lə matçda "Qəbələ"yə dəstək olmaq istəyirlər.
Bu barədə azarkeş qrupunun idarə heyətinin üzvü Atanur Cəfərli Sportal.az-a açıqlamasında məlumat verib.
"Əlbəttə, Qəbələyə getmək istəyirik. Biz "Sector 11" olaraq avrokuboklarlda ölkəmizi təmsil edən bütün komandaları dəstəkləməyə hazırıq. "Qəbələ" rəhbərliyi ilə danışacağıq, əgər şərait yaratsalar, gedib dəstəkləyəcəyik".
saytlarin hazirlanmasi