Sportal.az xəbər verir ki, dünən günün ikinci yarısında baş tutan məşqə komanda tam heyətlə qatılıb. Yüngül zədəsi olan Ruslan Əmircanov komandadan ayrı çalışıb.
Baş məşqçi Dorinel Muntyanunun rəhbərliyi altında keçirilən məşq zamanı futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər.