"Qarabağ" üçün bu dəfə Almaniya təmsilçisi

18:00 - 30 İyun 2014

Komanda sabah növbəti yoxlama oyunu keçirəcək
 
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu sabah növbəti yoxlama matçına çıxacaq.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi bu dəfə Almaniyanın regional liqa təmsilçilərindən olan "Vakker Burqhausen"lə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" daha öncə keçirdiyi yoxlama görüşlərində "Şaxtyor"a (Donetsk, Ukrayna) 0:2, "Krasnodar" (Rusiya) klubuna 0:1 hesabı ilə uduzub

Xəbər xətti