"Qarabağ"- "Valetta" matçının başlama saatı məlum olub

11:15 - 2 İyul 2014

Qarşılaşma saat 21:30-da start götürəcək
 
Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın Malta təmsilçisi “Valletta” ilə keçirəcəyi cavab matçının vaxtı bəlli olub.
 
Sportal.az  xəbər verir ki, Ağdam klubunun iştirakı ilə keçiriləcək II təsnifat mərhələsinin cavab qarşılaşması iyulun 22-də Bakı vaxtı ilə saat 21:30-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” – “Valletta” matçı Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.

Xəbər xətti