"Qəbələ"də Əmircanov müəmması

13:42 - 2 İyul 2014

Futbolçu zədəsini tam sağaltmayıb
 
"Qəbələ"nin futbolçusu Ruslan Əmircanovun zədə ucbatından fərdi məşqlə kifayətləndiyini bildirmişdik.
 
Sportal.az-ın əldə etdiyi məlumata görə, futbolçunun zədəsi tam sağalmasa da, sabah "Şiroki Briyeq"lə oyunda iştirak ərizəsində olacaq.
 
Onun start heyətdə meydana çıxmağı isə inandırıcı görsənmir.

Xəbər xətti