Kəmaləddin Heydərov "Qəbələ"yə dəstək olacaq

17:53 - 3 İyul 2014

Fövqəladə Hallar Naziri hazırda Qəbələdədir
 
Bu gün Avroliqanın birinci təsnifat  mərhələsi çərçivəsində Bosniya və Herseqovinanın "Şiroki Briyeq" klubu ilə qarşılaşacaq.

Sportal.az-ın Qəbələyə ezam olunmuş əməkdaşıxəbər verir ki, bu matçı izləyənlər arasında Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov da olacaq. FHN başqanı tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan "Qəbələ"yə dəstək olmaq üçün komandanın oyununu stadiondan canlı izləyəcək.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.

 

Xəbər xətti