Muntyanu: "Sözümün üstündə dururam" MÜSAHİBƏ

00:10 - 4 İyul 2014

"Cavab oyununda möcüzə etməyə çalışacağıq"
 
"Qəbələ"nin baş məşqçisi Dorinel Muntyanu Avropa Liqasının birinci təsnifat mərhələsində "Şiroki Briyeq”ə məğlub (0:2) olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Sportal.az xəbər verir ki, o, cavab matçında qələbə qazanmağa çalışacaqlarını deyib:

"Rəqib bizdən fərqli olaraq komplektləşdirilmiş komandadıdr. Sözsüz ki, cavab oyununda möcüzə etməyə çalışacağıq. Futbolçularıma təşəkkür edirəm ki sona qədər əllərindən gələni etdilər".

- Demişdiniz ki, hazırlıq üçün vaxtınız çoxdur. Amma bu gün "Qəbələ"nin hazır olmadığını söyləyirsiniz.
-Sözümün üstündə dururam. Siz hazırlıqlar zamanı komandada yaranan  problemləri bilmirsiniz. Bu nəticəyə görə mən cavabdehəm.

-Doğrudanmı futbolçularınızdan razısınız?
Bəli. Çünki onlar matç ərzində  çox çalışdılar.

-Oyundan əvəvl demişdiniz ki, mərhələni keçəcəksiniz.
-Xeyr, mən növbəti mərhələyə yüksəlmək üçün əlimizdən gələn hər şeyi edəcəyimizi söyləmişdim.

Komandada olan problemlər nədir?
-İki həftə hazırlıq keçdik. Bu isə hazırlıq üçün çox az müddətdir.

-Kifayət qədər təcrübəli baş məşqçisiniz. Sizcə bu komandanın Volodimir Levin kimi müdafiəçiyə ehtiyacı var?
-Düşünürənm ki, Levin bu gün öz işinin öhdəsindən layiqincə
 gəldi.

Məğlubiyyətdə özünüzü, yoxsa futbolçuları günahkar bilirsiniz?
-Məsuliyyəti öz üzərimə götürürəm. Futbolçularımı pis vəziyyətdən çıxarmağa çalışıram.

Ruslan Abışovun oyunundan nə dərəcədə razı qaldınız?
-Ondan razıyam. Nəzər alsaq ki, uzun müddətdir oynamır, bu səbəbdən tam formada olmaması təbiidir.
 
qol.az

Xəbər xətti