Komanda sabah Bosniyaya yollanacaq
Avroliqanın I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə “Şiroki Briyeq” klubu ilə qarşılaşacaq “Qəbələ” bu gün hazırlığa başlayacaq.
Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, komanda səhər məşqindən sonra paytaxta üz tutacaq.
İyulun 7-də isə əyalət təmsilçisi Bosniya və Hersoqovinaya yollanacaq. Səfərdə olduğu müddətdə təmsilçimiz 2 dəfə - ayın 8-i və 9-da məşqə çıxacaq.
Xatırladaq ki, “Şiropki Briyeq” - “Qəbələ” matçı iyulun 10-da keçiriləcək
saytlarin hazirlanmasi