"Qarabağ" bu dəfə Almaniya təmsilçisi ilə qarşılaşacaq

17:21 - 6 İyul 2014

Komanda hazırlıqlarını davam etdirir
 
“Qarabağ” Avstriyada təlim-məşq toplanışını davam etdirir. İyulun 6-sında  "Viktoriya Plzen"lə qarşılaşan komanda  dünən axşam bir məşqlə kifayətləndi.
 
Sportal.az xəbər verir ki, bugün komanda səhər saatlarında fitnesə yollanmaq məşq prosesinə start verdi. Komandanın axşam məşqi yerli vaxtla 18:00-da (Azərbaycan vaxtıyla 21:00) baş tutacaq. Avstriyada keçirdiyi təlim-məşq toplanışı çərçivəsində 4 yoxlama oyununa çıxan komanda sonuncu hazırlıq matçı ərəfəsindədir.  "Köhlən atlar" İyulun 8-də yerli vaxtla 18:00-da Almaniya təmsilçisi `SG Sonnenhof Großaspach`la (Qrossaşpax)  qarşılaşacaq.

Xəbər xətti