Prezident "Simurq"u Sloveniyada tək buraxmadı

00:17 - 7 İyul 2014

Bəkirov komandasının düşərgəsindədir
 
Sloveniyada təlim-məşq toplanışında olan Zaqatalanın “Simurq” klubuna prezident dəstəyi gəlib.
 
Sportal.az xəbər verir ki, klubun prezidenti Anar Bəkirov klubun düşərgəsinə yollanıb.

Bəkirov komandanın təlim-məşq toplanışına, transfer işlərinə birbaşa nəzarət edəcək.

Qeyd edək ki, “Simurq” dünən Sloveniyanın “Aluminiy” klubuna 1:0 hesabı ilə qalib gəlib. Oyunu izləyənlər arasında Anar Bəkirov da olub

Xəbər xətti