"Qəbələ"nin rəqibi məğlub oldu

10:47 - 7 İyul 2014

Avroliqa matçı öncəsi yoxlama görüşü
 
"Qəbələ”nin Avroliqanın I təsnifat mərhələsindəki rəqibi olan “Şiroki Briyeq” cavab görüşü öncəsi yoxlama oyunu keçirib.
 
Sportal.az xəbər verir ki, Slaven Musanın yetirmələri Bosniya və Herseqovina çempionatının 5-cisi “Velej”lə gücünü sınayıb.

Şiroki Briyeqdə keçirilən görüşdə hesabı erkən açan tərəf meydan sahibləri olub. Qolu Yosip Çorlukanın ötürməsindən sonra İvan Buhaç rəqib qapısından keçirib. Bununla belə, fasilədən sonra Mostar təmsilçisi 2 qol vuraraq qələbə qazanıb.

Qeyd edək ki, “Şiroki Briyeq” - “Qəbələ” görüşü iyulun 10-da, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Məlumat üçün bildirək ki, ilk oyunda “Şiroki Briyeq” 2:0 hesabı ilə qələbə qazanıb.

Xəbər xətti