Komanda sabah son məşqinə çıxacaq
Ölkəmizi Avropa Liqasında təmsil edən “Qəbələ” klubu “Şiroki Briyeq”lə cavab oyunu üçün ölkəni tərk edib.
Sportal.az xəbər verir ki, əyalət təmsilçisi artıq Bosniyadadır. Komanda bu gün səhər saatlarında matçın keçiriləcəyi məkana çatıb. "Qırmızı-qaralar" bu gün axşam saatlarında və sabah son məşqlərinə çıxacaq.
Qeyd edək ki, “Qəbələ” – “Şiroki Briyeq” oyunu 0:2 hesabı ilə başa çatıb. Cavab oyunu isə iyulun 10-da reallaşacaq.
saytlarin hazirlanmasi