"Qəbələ"nin taleyi slovakiyalıya tapşırıldı

13:20 - 8 İyul 2014

Qarşılaşmanın baş hakimi müəyyənləşdi
 
Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 10-da  keçiriləcək "Şiroki Brieyq" (Bosniya və Hersoqovina) - "Qəbələ" matçının idarə edəcək hakimin adı bəlli olub.

Sportal.az xəbər verir ki, görüşü slovakiyalı referi Vladimir Vnuk idarə edəcək.

Oyuna Bakı vaxtı ilə saat 23:30-da "Peskara" stadioununda start veriləcək.

Xatırladaq ki, "Qəbələ"də keçirilən ilk oyunda "Şiroki Brieyq" 2:0 hesablı qələbə qazanıb.

Xəbər xətti