"Simurq" Makedoniya təmsilçisi ilə qarşılaşacaq

16:38 - 8 İyul 2014

Zaqatala təmsilçisinin ikinci sınağı
 
Yeni mövsümün hazırlıqları üçün təlim-məşq toplanışını Sloveniyada davam etdirən Zaqatalanın "Simurq” komandası ikinci yoxlama görüşünü iyulun 9-da Makedoniya "Vardar”ına qarşı keçirəcək.
 
Sportal.az xəbər verir ki, qarşılaşmaya Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.

Qeyd edək ki, Giorgi Çixradzenin rəhbərlik etdiyi klub ilk sınaq görüşündə Sloveniyanın 1-ci dəstə təmsilçisi "Aluminiy”i 1:0 hesabı ilə məğlub edib. Azərbaycan təmsilçisinin yeganə qolunu baxışda olan çexiyalı hücumçu Lukas Tresnak vurub.

Xəbər xətti