"Simurq" bu gün ikinci görüşünə çıxır

12:15 - 9 İyul 2014

Komanda "Vardar"la üz-üzə
 
Sloveniyada toplanışda olan "Simurq" bu gün növbəti yoxlama oyununa çıxacaq.

Sportal.az xəbər verir ki, klub prezidenti Anar Bəkirovun da izlədiyi ilk yoldaşlıq görüşündə "Aluminiy"i baxışda olan çexiyalı hücumçu Lukas Tresnakın qolu sayəsində minimal hesabla məğlub edən Zaqatala təmsilçisi ikinci yoxlama görüşündə Makedoniya “Vardar”ı ilə qarşılaşacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.

 

Xəbər xətti