Komanda bu gün hazırlığı başa vuracaq
İyulun 10-da UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində keçiriləcək cavab oyununda səfərdə (ilk oyun 0:2) "Şiroki Briyeq"lə qarşılaşacaq "Qəbələ" dünən Bosniya və Herseqovinanın Mostar şəhərində ilk məşqinə çıxıb.
Sportal.az xəbər verir ki, baş məşqçi Dorinel Muntyanunun rəhbərliyi altında baş tutan hazırlıq prosesi "Şiroki Briyeq"in Mostardakı bazasında reallaşıb. Məşq zamanı komanda toplu və topsuz çalışmalar yerinə yetirib. "Qəbələ"nin matçöncəsi son məşqi bu gün axşam saatlarında gerçəkləşəcək.
saytlarin hazirlanmasi