"Vardar"la oyunun saatı və keçirilmə yeri dəyişdirilib
Zaqatalanın “Simurq” klubunun planında dəyişiklik olub. Komandanın Avstriyada məskunlaşdığı Rogla ərazisinə güclü yağış yağıb.
Sportal.az xəbər verir ki, bu səbəbdən “Vardar”la qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da yox, 21:00-da başlayacaq. Qarşılaşma isə Zrecdə baş tutacaq.
Bu barədə məlumatı klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev verib.
saytlarin hazirlanmasi