"Qarabağ"- "Valetta" matçının başlama saatı dəyişdirildi

16:54 - 9 İyul 2014

Qarşılaşma daha tez başlayacaq
 
UEFA ÇL-in II təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la Malta "Valletta"sı arasındakı cavab matçının başlama saatı dəyişdirilib.
 
Sportal.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Belə ki, əvvəl bu oyunun 21:30-da başlayacağı bildirilsə də, amma qarşılaşma 18:30-da start götürəcək.
 
Qeyd edək ki, Maltada keçiriləcək ilk qarşılaşma iyulun 15-də baş tutacaq və start fiti 21:30-da səslənəcək

Xəbər xətti