"Valletta" - "Qarabağ" oyununun hakimlər briqadası müəyyənləşdi

19:10 - 11 İyul 2014

"Qarabağ" ilk oyununu keçirəcək
 
Ölkəmizi Çempionlar Liqasında təmsil edən Ağdam təmsilçimiz iyulun 15-də səfərdə ilk oyununa çıxacaq.
 
Sportal.az xəbər verir ki, "Valletta" - "Qarabağ" oyunun hakimlər briqadası müəyyənləşib. Oyunu isveçrəli referi Adrian Jakottet idarə edəcək. Ona həmyerliləri Yohannes Fogel, Stefan de Almeyd və  Sandro Şarer kömək edəcək
 
Cavab oyunu 1 həftə sonra Bakıda baş tutacaq. 

Xəbər xətti