"Qəbələ"dən ayrıldı, sabiq komandasına qayıtdı

12:45 - 12 İyul 2014

Valentiçin yeni ünvanı məlum oldu
 
"Qəbələ”dən ayrılan daha bir futbolçunun yeni iş yeri müəyyənləşib. Cinah müdafiəçisi Nikola Valentiç sabiq klubu “Yaqodina”ya geri dönüb.

Sportal.az xəbər verir ki, 31 yaşlı müdafiəçi bir illik müqavilə imzalayıb. Qeyd edək ki, Valentiç “Qəbələ”yə məhz “Yaqodina”dan gəlmişdi.

 

Xəbər xətti