"Qarabağ" Maltaya yola düşür

20:55 - 12 İyul 2014

Ağdam klubu təlim-məşq toplanışına yekun vurur
 
Avstryada keçirilən məşq prossesi sabah başa çatacaq.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu gün axşam məşqə çıxacaq. Sabah səhər saatlarında isə klub Zalsburq - Valletta resiylə Maltaya gedəcək. Klub Maltadakı ilk günündə məşqə çıxmayacaq. 
 
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk görüşündə `Valletta` - `Qarabağ` oyunu İyulun 15-də saat 21:30-da start götürəcək. 

Xəbər xətti