Kapitan "Qarabağ"ı sevindirdi

14:52 - 15 İyul 2014

Sadıqov meydanda ola bilər
 
"Qarabağ" bu gün Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində səfərdə Maltanın "Valetta" klubunun qonağı olacaq.

Sportal.az xəbər verir ki, Ağdam klubunda bir müdətdir ki, zədəli olan Rəşad Sadıqov da artıq hazır vəziyyətdədi.

Təcrübəli futbolçu artıq komanda ilə birgə məşq edir.

Baş məşqçi Qurban Qurbanov şans verəcəyi halda, o, bu gün keçiriləcək ÇL oyununda meydanda olacaq.

Qeyd edək ki, "Valletta" - "Qarabağ" oyunu bu axşam, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

 

Xəbər xətti