"Qarabağ" - "Valletta" matçının biletləri satışda ! FOTO

15:21 - 15 İyul 2014

21 min bilet nəzərdə tutulub
 
İyulun 22-də "Qarabağ" və Malta "Valletta"sı arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşü üçün biletlər satışa çıxarılıb.
 
Sportal.az xəbər verir ki,bu barədə Sportnet.az-a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.

İsmayılovun sözlərinə görə, ilkin olaraq, 21 min bilet çap olunub. Onların əksəriyyətinin qiyməti 1 manatdır. Nisbətən mərkəzi sektora biletlərə 2 manat qiymət qoyulub. VİP biletlər isə "Qarabağ" rəhbərliyinin Maltadan qayıdışından sonra satışa çıxarılacaq. Biletləri Respublika stadionunun kassalarından almaq olar.

Qeyd edək ki, "Qarabağ"la "Valletta" arasındakı ilk qarşılaşma bu gün Bakı vaxtı ilə saat 21:30-da başlanacaq. Oyun Ta Qali Milli stadionunda keçiriləcək.
 
 
Foto İmarət Fan klubuna aiddir.

Xəbər xətti