"Qarabağ" - "Valetta" matçına bilet satışı davam edir

23:09 - 18 İyul 2014

Biletlərin qiyməti  1-2 AZN-dir
 
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində baş tutacaq "Qarabağ" - "Valletta" oyunun biletlərinin satışı davam edir.
 
Sportal.az xəbər verir ki, ilk görüşdə 1:0 hesabıyla qalib gələn komandamızın oyununa bilet əldə etmək üçün oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarına müraciət etmək lazımdı.

12, 13, 14, 15, 16, 17 sektorlara biletin qiyməti 2 AZN, geridə qalan sektorlara isə 1 AZN-di.

Qeyd edək ki, iyulun 22-də baş tutacaq "Qarabağ" (Azərbaycan) - "Valletta" (Malta) oyunu 21:30-da start götürəcək.

Xəbər xətti