"Simurq" İsrail nəhəngi ilə qarşılaşır

01:14 - 20 İyul 2014

Komanda Avstriya toplanışını davam etdirir
 
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Simurq" təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyulun 17-də Avstriyaya gəlib.
 
Sportal.az xəbər verir ki, Tirol bölgəsində yerləşən "Das Seivald" otelində məskunlaşan Zaqatala təmsilçisi gündə iki dəfə olmaqla məşqlərə başlayıb.

Komanda səhər və axşam hazırlıqlarında əsasən toplu çalışmalardan ibarət taktiki və texniki təmrinləri yerinə yetirir. Avstriya hazırlığı çərçivəsində komanda beş yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Qarşılaşmalar iyulun 20-nə, 23-nə, 26-na, 29-na və avqustun 1-nə nəzərdə tutulub. Artıq Georgi Çixradzenin yetirmələrinin ilk rəqibi də məlumdu. "Sarı-qaralar" bu gün Bakı vaxtı ilə 20:00-da Hayfa "Makkabi"si ilə qarşılaşacaq.

Komanda transfer çalışmalarını da dayanmadan davam etdirir. Həm yerli, həm də legioner futbolçuları heyətə qatmağı nəzərdə tutan "Simurq" yaxın günlərdə bir neçə futbolçu ilə rəsmi müqavilə bağlayacaq.

Qeyd edək ki, "Simurq"  Premyer Liqanın ilk turunda səfərdə "Bakı"nın qonağı olacaq. Avqustun 2-də ölkəyə qayıtmağı planlaşdıran Zaqatala təmsilçisi bir günlük istirahətdən sonra doğma arenada bu görüşün hazırlıqlarına start verəcək.

Xəbər xətti