Əvvəlcə Jilbert Acius, daha sonra Qurban Qurbanov

00:09 - 21 İyul 2014

Mətbuat konfransları və açıq məşqlərin vaxt müəyyənləşib
 
Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" (Azərbaycan) - "Valletta" (Malta) oyunöncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, bu gün saat 18:45-də "Valletta"nın baş məşqçisi Jilbert Acius mətbuat nümayəndələrinin önünə çıxacaq.

Maltalıların məşqi isə 19:00-da start götürəcək.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə 19:45-də mətbuat konfransına çıxacaq. Təmsilçimizin oyunöncəsi məşqi isə 20:00-da başlayacaq.

Xatıradaq ki, "Qarabağ" - "Valletta" oyunu İyulun 22-də 21:30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Xəbər xətti