"Valletta"nın baş məşqçisi: "Nəticələr mənim üçün önəmli deyil”

19:15 - 21 İyul 2014

"Valletta"nın baş məşqçisi mətbuat konfransında iştirak edib
 
Sabah keçiriləcək oyundan əvvəl bu gün Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat konfransı və açıq məşq keçirilir.
 
Sportal.az xəbər verir ki, Maltanın "Valletta" klubunun baş məşqçisi Jilbert Acius oyunöncəsi fikirlərini mətbuatla bölüşüb:
 
“Hər kəsi salamlayıram. Ötən illərdə göstərdiyi nəticələr ona sübutdur ki, “Qarabağ” yaxşı komandadır. Biz qürurumuz üçün mübarizə aparacağıq. Mən məşqçiliyə təzə başlamışam. Vacib olan məqam odur ki, yaxşı oyun göstərək. Nəticələr mənim üçün önəmli deyil”.
 
Nəzərinizə çatdıraq ki, ilk oyunda "Qarabağ" "Valletta"nı 1-0 hesabı ilə məğlub edib. Bu cütün aqlibi UEFA Çempionlar Liqasının III mərhələsi çərçivəsində Avstrya çempionu "Zalsburq"la qaşırlaşacaq.

Xəbər xətti