Admir Teli: "Bütün Azərbaycan üçün oynayacağıq"

21:08 - 21 İyul 2014

"Qarabağ" növbəti oyununa çıxacaq
 
Klub UEFA Çempionlar Liqasının III mərhələsin çərçivəsində Maltanın "Valletta" klubu ilə cavab oyununa çıxacaq.
 
Sportal.az xəbər verir ki, bu gün hər iki klubun baş məşqçiləri mətbuat konfransı keçirib. Konfransdan dərhal sonra mətbuat üçün açıq məşq keçirilib. Məşqdə iştirak edən "Qarabağ"ın futbolçusu Admir Teli mətbuata açıqlama verib:
 
"Bütün Azərbaycan üçün oynayacağıq. Çünki “Qarabağ”  bütün ölkəni təmsil edir. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək. İlk matçda topa sahib olmağa çalışdıq. Müəyyən çatışmazlıqlarımız oldu. İlk görüşdə belə səhvlər olur.  Cavab matçında hər şey qaydasına düşəcək. Maksim Medvedyev və kapitanımız Rəşad Sadıqovun olmaması ciddi  itkidir. Amma bu itkiləri sabah hiss etdirməməyə çalışacağıq".

Xəbər xətti