Azarkeşləri məşqdə də "Qarabağ"ı tək qoymadı VİDEO

11:33 - 22 İyul 2014

Komanda son məşqinə çıxıb
 
“Qarabağ” bu gün ÇL-in ikinci təsnifat mərhələsinində Malta "Valleta"sını qəbul edəcək.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi vacib oyunun hazırlığına dünən yekun vurub. Mərkəzi arenada məşq edən komandanı azarkeşlər də tək qoymayıblar. Arenaya gələn “Qarabağ” azarkeşləri, konkret olaraq, “Qarabağ ultras” azarkeş qrupu fəallıq göstərib.

Komandanı bu günkü qələbəyə dünəndən çağıran fanatlar hər bir oyunçunun adını çəkib, onları alqışlayıblar.

Xəbər xətti