"Zalsburq"un baş məşqçisi Bakıda : O, tək gəlməyib

13:30 - 22 İyul 2014

Respublika stadionunda gözlənilən qonaq
 
Avstriyanın "Zalsburq" klubunun baş məşqçisi Adi Hütter Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqiblərinin oyununu izləmək üçün Bakıya gəlib.

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis bu axşam keçiriləcək "Qarabağ" - "Valletta" matçını stadiondan canlı izləyəcək.

Hütter paytaxtımıza tək gəlməyib. O, özü ilə Zalsburq klubunun rəsmi saytının video-analitiki Riçard Kitsbixleri də gətirib.

Qeyd edək ki, "Qarabağ" - "Valletta" oyunu bu gün, saat 21:30-da başlayacaq.

Xəbər xətti