"Qəbələ"dən daha iki transfer

01:12 - 23 İyul 2014

Komandada bir portuqaliyalı və bir rumıniyalı
 
“Qəbələ” heyətini daha iki futbolçu ilə gücləndirib.
 
Sportal.az xəbər verir ki, daha öncə Ruslan Əmircanov, Andrey Kristea, Adrian Ropotan, Ruslan Abışov, Cavid Hüseynov, Pavol Farkaş və Karioka Markinyoşu rənglərinə bağlayan "qırmızı-qaralar" portuqaliyalı Yazalde Pinto ilə rumıniyalı Aleksandru Benqanı sıralarına qatıb. Hər iki futbolçu ilə bir illik müqavilə imzalanıb. Portuqaliyanın "Braqa" klubuna məxsus Pinto "Qəbələ"də icarə əsasında çıxış edəcək.

1988-ci il sentyabrın 21-də anadan olan Yazalde Pinto peşəkar futbolçu karyerasına 2007-ci ildə Portuqaliyanın "Varzim" klubunda başlayıb. 2009-cu ildə "Braqa"ya transfer olan hücumçu "Qəbələ"yə keçidinə qədər icarə əsasında bir neçə klubda çıxıb edib. Pintonun son komandası isə Rumıniya "Astra"sı olub. Hücumçu Portuqaliyanın U-20 və U-21 komandalarının formasını geyinib.
Digər yeni futbolçumuz - müdafiəçi Aleksandru Benqa 15 iyun 1989-cu ildə Rumıniyada anadan olub. Peşəkar futbolçu karyerasına ölkəsində 2006-cı ildə "Braşov" klubunda başlayan Benqa "Qəbələ"yə keçidinə kimi "Petrolul", "Otelul" (hər ikisi Rumıniya) və "Botev" (Bolqarıstan) kimi komandaların şərəfini qoruyub.  

Xəbər xətti