"Qəbələ" Superliqa təmsilçisini məğlub etdi

19:49 - 23 İyul 2014

Yeni transfer fərqləndi
 
Yeni mövsümə Hollandiyada hazırlaşan "Qəbələ" bu gün sözügedən ölkədəki hazırlıq prosesi çərçivəsində növbəti yoxlama matçına çıxıb.
 
Sportal.az xəbər verir ki, əyalət təmsilçisi bu dəfə Türkiyənin "Konyaspor" klubu ilə qarşılaşıb.

Qarşılaşma bölgə təmsilçisinin inamlı qələbəsiylə başa çatıb. "Qəbələ"nin dünən transfer etdiyi hücumçu Yazalde isə bu görüşdə debüt, debütünü isə qolla qeyd edib.

Xatırladaq ki, "Qəbələ" Hollandiyadakı ilk sınaq matçında yerli "Arnem"ə 4:0 hesabıyla qalib gəlmiş, arından "AZ Alkmaar"a məğlub olmuşdu - 0:2.

Yoxlama oyunu
23 iyul


"Qəbələ" - "Konyaspor" 2:0 (0:0)
Qollar: Pavol Farkaş, 63, Yazalde, 78.

Xəbər xətti