"Qarabağ"da 4 zədəlinin son durumu necədir?

00:05 - 24 İyul 2014

İki futbolçu "Zalsburq"la oyuna hazırdır
 
"Qarabağ" iyulun 30-da ÇL-in III təsnifat mərhələsində Avstriya nəhəngi "Zalsburq"la qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, "Valletta" ilə matçdan sonra komandada 4 zədəli var idi: Qara Qarayev, Rəşad Sadıqov, Reynaldo Silva və Maksim Medvedev.
 
Əldə etdiyimiz informasiyaya görə, Qara Qarayev və Maksim Medvedev zədələrini demək olar ki. sağaldıb. Hər iki futbolçu "Zalsburq"la  oyuna hazırdır.
 
Reynaldo Silvanın əzələsində problem var. Qarşıdakı iki günü fərdi məşqlə kifayətlənəcək futbolçu daha sonra komanda ilə məşqlərə qoşulacaq. Həkimlər onu həmin oyuna hazır etməyə çalışırlar.
 
Kapitanın durumu isə elə də ürəkaçan deyil Belə ki, böyük ehtimal iyulun 30-dakı matçı Sadıqov tribunadan izləməli olacaq.

Xəbər xətti