"Qarabağ" "Zalsburq" üçün başladı

13:08 - 24 İyul 2014

Ağdam təmsilçisi məşqlərə start verdi
 
Çempionlar Liqasının III təsnifat mərhələsində "Zalsburq"u qəbul edəcək "Qarabağ" bu gün hazırlıqlara start verir.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2 gün öncə "Valletta"nı məğlub edərək Çempionlar Liqasında debüt ilində mərhələ adlayan Ağdam təmsilçisi dünəni istirahətlə keçirmişdi.

Qeyd edək ki, "Qarabağ" - "Zalsburq" oyunu iyulun  30-nda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Oyun  20:30-da strat götürəcək. Avstriyadakı cavab oyunu isə Avqustun 6-da baş tutacaq.

 

Xəbər xətti