"Qəbələ"nin üzvü: "Hələ tam fiziki formamı yığmamışam"

19:20 - 24 İyul 2014

"Qəbələ"nin yeni transferi açıqlama verib
 
O komandada hər şeyin yaxşı olduğunu deyib.
 
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan Yazalde Pinto Hollandiyada keçirilən təlim-məşq toplanışını dəyərləndirib:
 
"İlk oyunda qol vurmaq sevindirici haldır. Nəzərə almaq lazımdır ki, 2 gündür komanda ilə məşqlərə başlamışam. Hələ tam fiziki formamı yığmamışam. Çempionatın startına kimi hazır duruma gəlmək üçün maksimum səy göstərəcəm. Komandam ilə ilk oyuna çıxmağıma baxmayaraq, futbolçu yoldaşlarımla yaxşı anlaşdıq. Bir neçə qol epizodu yarada bildik. Bizi qarşıda uzun və ciddi marafon gözləyir. Hücumçu kimi üzərimə düşən məsuliyyəti yaxşı anlayıram. Komandanın irəli getməsi üçün qol vurmalıyam. Özümə, bacarığıma güvənirəm. İnanıram ki, məndən gözlənilənləri ortaya qoya biləcəyəm". 
 
Qeyd edək ki, toplanış çərçivəsində Türkiyənin "Konyaspor" klubu ilə qarşılaşacan "Qəbələ" rəqibini 2-0 hesabı ilə məğlub etmişdi. Komandanın heyətində ikinci qolu oyuna sonradan daxil olan yeni transfer Yazalde Pinto vurub.

Xəbər xətti