"Zalsburq"un Azərbaycana gələcəyi tarix müəyyənləşdi

00:26 - 25 İyul 2014

Komanda Bakıda 1 məşqlə kifayətlənəcək
 
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Avstriya çempionu “Zalsburq”un Azərbaycana gələcəyi vaxt müəyyənləşib.
 
Sportal.az xəbər verir ki, avstriyalılar Azərbaycana iyulun 29-da gələcək. Elə həmin gün Tofiq Bəhramov adına Respublika Stadionunda məşqə çıxacaq “Zalsburq” oyun saatını gözləyəcək. Qeyd edək ki, “Qarabağ” – “Zalsburq” oyunu iyulun 30-da baş tutacaq.

Xəbər xətti