Qurban Qurbanov "Zalsburq" üçün iki nəfər göndərdi

13:40 - 25 İyul 2014

Rəhmənov və İbrahimov Avstriyaya yollanır

“Qarabağ”ın köməkçi məşqçisi Elçin Rəhmanov və mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov iyunun 26-da Avstriyaya yola düşəcəklər.
 
Sportal.az xəbər verir ki, səfərdə məqsəd “Qarabağ”ın Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində rəqibi olan “Zalsburq”un ölkə çemionatında “Neuştadt”a qarşı oyununu canlı izləməkdir. Baş məşqçi Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov rəqiblərinin oyunları ilə bağlı qeydlər aparacaq. Səfər zamanı klubun mətbuat xidmətinin rəhbəri N.İbrahimov isə müəyyən təşkilati işlərlə maraqlanacaq.
 
Qeyd edək ki, “Zalsburq”un baş məşqçisi Adi Hutter “Qarabağ”ın “Valletta”ya qarşı oyununu Tofiq Bəhramov adına Respublika Stadionundan izləyib.

Xəbər xətti