"Qarabağ" - "Zalsburq" oyununa təyinatlar açıqlandı

16:55 - 25 İyul 2014

Görüşü Ukraynalı hakimlər idarə edəcək

 

Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutacaq "Qarabağ" (Azərbaycan) - "Zalsburq" (Avstriya) oyunun təyinatları açıqlanıb.

 

Sportal.az xəbər verir ki,  Avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşü Ukrayna federasiyasından Sergey Boyko idarə edəcək. Boykoya Aleksandr Voytyuk və Oleq Pluznyuk yardım edəcək. 4-cü hakim funksiyasını Anatoli Abdula yerinə yetirəcək.

 

Oyunun UEFA nümayəndəsi Oğuz Sarvan (Türkiyə) hakim-inspektoru isə Kuanış Kanapyanovdu (Qazaxıstan).

Xəbər xətti