"Simurq" İngiltərə komandası ilə qarşılaşacaq

11:02 - 26 İyul 2014

Komanda bu gün "Amkar"la qarşılaşır
 
"Simurq" Avstriyadakı təlim-məşq toplanışını davam etdirir.
 
Sportal.az xəbər verir ki, Zaqatala klubunun yoxlama oyunlarındakı 3-cü rəqibi də artıq məlumdu.

Georgi Çixradzenin komandası Rusiyanın "Amkar" klubu ilə qarşılaşacaq. Oyun bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

İyulun 30-da isə "Simurq"un İngiltərənin "Fulhem" klubu ilə yoxlama oyunu keçirməsi nəzərdə tutulub. Lakin böyük ehtimalla İngiltərə təmsilçisi həmin oyunda komandamıza qarşı ehtiyat oyunçularından yararlanacaq.

Qeyd edək ki, Zaqatala təmsilçisi transfer çalışmalarını da davam etdirir. Həm yerli, həm də legioner futbolçularla müqavilələr imzalamağa hazırlaşan klubun hazırda düşərgəsində baxış üçün dəvət edilmiş 6 futbolçu var. Onların bəziləri haqqında son qərarı məşqçilər korpusu "Amkar"la oyundan sonra verəcək.

Xəbər xətti